(22.3.1930, Şamaxı r-nunun Göylər k. – 14.8.2003, Bakı) – coğrafiyaşünas, coğrafiya elmləri namizədi (1964), professor (1989). Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. Göylər kənd məktəbində (1952-54), Bakı Dövlət Universitetinin iqtisadi coğrafiya və coğrafiyanın tədrisi metodikası kafedrasında işləmişdir. Həmin kafedranın müdiri (1970-1982), coğrafiya fakültəsinin dekanı (1974-76) vəzifələrində çalışmışdır. 43 illik elmi – pedaqoji fəaliyyətini məktəb coğrafiyası ilə bağlamışdır. SSRİ Maarif Nazirliyinin coğrafiya üzrə Elmi-Metodik Şurasının üzvü, “Qeoqrafiya v şkole” jurnalının redaksiya heyətinin üzvü, “Tarix, ictimaiyyət və coğrafiyanın tədrisi” məcmuəsinin redaktor muavini olmuşdur. Coğrafiyanın tədrisi metodikasına həsr olunmuş 40 – dan artıq elmi əsərin müəllifidir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Məlumat ailəsindən alınmışdır.