(1.6.1941, Şamaxı r-nunun Göylər k.) – inşaat texnikası sahəsində Azərbaycan alimi, texnika e.d. (1991), professor (1994). Azərbaycan Politexnik İnstitutunu (1963) bitirmişdir. 1984 ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin ağac və plastik kütlə konstruksiyaları kafedrasında çalışır. Tədqiqatları nazikdivarlı konstruksiyaların dayanıqlığı məsələlərinə aiddir. 120-dək elmi əsərin, o cümlədən 1 monoqrafiyanın müəllifidir.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı, 2009, s.171