(20.8.1910, Şamaxı ş. – 4.5.1970, Bakı) – meliorativ-hidrotexnika sahəsində Azərbaycan alimi, texnika elmləri namizədi (1960), dosent (1965). Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. Azərbaycan EA Hidravlika və Su Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır.1962-70 illərdə Azərbaycan Politexnik İnstitutunda hidravlika və hidravlik maşınlar kafedrasında işləmişdir. Elmi tədqiqatları mayelərə həsr edilmişdir. Bir sıra elmi məqalə və metodiki vəsaitin müəllifidir. Orden və medallara layiq görülmüşdür.
Məlumatı A.Mustafeyev təqdim etmişdir.