(1898, Şamaxı – 28.2.1956, Bakı) – Azərbaycan tibb alimi, tibb e.d. (1935), professor (1938), Azərbaycan SSR əməkdar həkimi (1942). Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirmişdir (1924). Azərbaycan Dövlət Tibb İnstitutunda mama və ginekologiya kafedrasının professoru (1938-41, 1943-56), Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu (1949-50) işləmişdir. Tədqiqatları qadın xəstəliklərinin öyrənilməsinə həsr olunmuşdur. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı, 2009, s.154