(10.10.1937, Şamaxı r-nunun Sündü k.) – Azərbaycan fiziki, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Dövlət mükafatı laureatı. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Azərbaycan MEA Fizika İnstitutunun baş elmi işçisidir. Əsas tədqiqat sahəsi ögey atomlu verromaqnitlərdə iki maqnonlu udulmanın mümkünlüyünün göstərilməsi, ferromaqnit kristallarında iki maqnaulu işıq udulmasının tədqiqi ilə bağlıdır. Azərbaycanda və xaricdə dərc olunmuş onlarla elmi əsərin müəllifidir.
Məlumat AMEA-nın Fizika İnstututunun saytından götürülmüşdür. www.science.ab.az