(1.8.1966, Şamaxı r-nunun Ovculu k.) – fəlsəfə üzrə fəlsəfə doktoru (1996), dosent. Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir. 1992-93 illərdə doğulduğu kənddə, 1994-2009 illərdə Azərbaycan Texniki Universitetinin fəlsəfə və politologiya kafedrasında, 2009-11 illərdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Hallar Akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. Hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının ictimai fənlər və dillər kafedrasının müdiri vəzifəsində çalışır. 30-dan çox elmi-fəlsəfi məqalənin, bir sıra metodik vəsait və dərslik müəllifidir.
Məlumat İ.Abdullayevdən alınmışdır.