(17.2.1920, Şamaxı r-nunun Məlikçobanlı k. – 28.5.1993, Bakı) – Azərbaycan dilçisi, fılologiya e.d. (1963), professor (1964), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974). Azərbaycan Dövlət Universitetini bitirmişdir (1950). Həmin universitetin filologiya fakültəsinin dekanı (1962-67), prorektoru (1972-76), Azərbaycan dilçiliyi kafedrasının müdiri (1967-85) olmuşdur. Tədqiqatları Azərbaycan dilinin sintaksisinə aiddir. Beynəlxalq türkologiya konqres və konfranslarında məruzələrlə çıxış etmişdir.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı, 2009, s.30
Bakı Dövlət Universitetinin professorları, “Bakı Universiteti” nəşriyyatı, 2014, s.251