(9.2.1925, Bakı – 10.12.2006, Bakı) – neftçi-alim, geologiya-mineralogiya elmləri namizədi, Azərbaycan SSR-in əməkdar geoloqu (1989). Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. Sovetabad (indiki Şurabad) neft kəşfiyyatının rəisi, Abşeron-Xəzəryanı geoloji-axtarış kontorunun direktoru, Azərbaycan Neft Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmışdır. Həmin laboratoriyada 1977-81 illərdə dənizdə qazılmış 200-dən artıq, 1977-2003 illərdə isə respublikanın quru hissələrində qazılması nəzərdə tutulmuş 1000-dən çox dərin qazma quyusunun layihə və smetası geoloji cəhətdən əsaslandırılmışdır. Bir çox tövsiyə və təklifləri Gürcüstanda, Rusiyanın Dağıstan Respublikasında, Leninqrad vilayətində, Mərkəzi Asiya respublikalarında tətbiq olunur. “Şurabad”, “Zağlı-Zeyvə”, “Kirovdağ”, “Mişovdağ” yataqlarının kəşf edilməsində böyük əməyi olmuşdur. 150-dən çox elmi işin müəllifidir.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Məlumat ailəsindən alınmışdır.