(? – 1844, Şamaxı) – Şamaxı xanı [1791/92-1820], Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü (1795) zamanı İran qoşunlarına müqavimət göstərmişdi. 1796 ildə Azərbaycandakı rus qoşunlarının komandanı general V.Zubovla aralarında ixtilaf baş verdiyinə görə hakimiyyətdən salınıb əmisi oğlu Qasım bəylə əvəz olunmuşdu. Rus qoşunları Azərbaycandan çəkildikdən sonra yenidən hakimiyyəti ələ almışdı. 1805 il dekabrın 25-də Şamaxı xanlığı Rusiyaya birləşdirildikdən sonra Mustafa xana general rütbəsi verilmiş, 1820 ildə xanlığın ləğvindən sonra hakimiyyətdən salınmışdı.
Əd.: ASE, VII cild, Bakı, 1983, s.104