(28.3.1952, Şamaxı r-nunun Dağ-Kolanı k.) – ədəbiyyatçı, folklorşünas, filologiya elmləri doktoru (2000), professor. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Şamaxı r-nunun Göylər kənd məktəbində müəllim, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında kafedra müdiri, direktor müavini vəzifələrində işləmişdir. Hazırda Azərbaycan MEA Folklor İnstitutunun aparıcı elmi işçisidir. Şirvan folkloru, ədəbi, dini və pedaqoji mühiti ilə bağlı tədqiqat əsərlərinin müəllifidir. Ermənilərin Şamaxıda törətdikləri soyqırımının ilk tədqiqatçılarındandır. Azərbaycan Yazıçılar Birliyi Şamaxı bölməsinin sədri, Aşıqlar Birliyi İdarə Heyətinin üzvüdür. 60 kitabın (monoqrafiya, toplu, metodik tövsiyə və proqram), 150-dən çox elmi məqalə və tezisin müəllifidir. Azərbaycan müəllimlərinin IV-VI qurultaylarının iştirakçısıdır. “Metodist-müəllim”, “Qabaqçıl maarif xadimi”, “SSRİ maarif əlaçısı” adlarına və Azərbaycan Respublikasının “Tərəqqi” medalına (2009) layiq görülmüşdür.
Məlumat S.Qəniyevdən almışdır.