(1.1.1943, Şamaxı) – Azərbaycan səhiyyə işçisi, pedaqoq. Tibb e. d. (1986), professordur (1989). Azərbaycan Respublikasının əməkdar müəllimi (2010). Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini bitirmişdir. Tibb e. d. (1986), professordur (1989). 190-dan artıq elmi əsərin, o cümlədən dərsliklər, dərs vəsaitləri və monoqrafiyaların müəllifidir. O, 1974 və 1989 illərdə iki dəfə çap edilmiş əsaslı “Bioloji kimya” dərsliyinin, 2002-10 illərdə 3 dəfə çapdan çıxmış 4-cildlik “İnsan biokimyasının əsasları”, 2007 ildə çap edilmiş “Klinik və patoloji biokimya” dərsliklərinin həmmüəlliflərindən biridir. Avropa Biokimyaçılar Cəmiyyətləri Konfederasiyasında təşkil edilmiş “Biokimyanın tədrisi” komissiyasının MDB ölkələrindən seçilmiş yeganə üzvüdür. 1984 ildə “SSRİ Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilmişdir.
Məlumat A.Əfəndiyevdən alınmşdır.