(29.1.1926, Şamaxı – 31.3.1980, Novosibirsk; Moskvada dəfn edilmişdir) – sirk artisti, jonqlyor. Azərbaycan SSR xalq artisti (1977). Dövlət Sirk Sənəti Məktəbini bitirmişdir (1942, Moskva). Görkəmli sovet jonqlyorlarından olan Abdullayev 30 ildən artıq bu janrda fəaliyyət göstərmişdir. Abdullayevin jonqlyor sənəti virtuozluğu, orijinallığı, milli özünəməxsusluğu və ekssentrik elementləri ilə fərqlənirdi. Abdullayev həmçinin kloun və illüzionist kimi də tanınmış (Karandaş və E. Kionun proqramlarında), 1976 ildə ilk dəfə “İllüziya revüsü” attraksionu ilə müstəqil çıxış etmişdir. Dünyanın 48 ölkəsində qastrolda olmuşdur. “Uşaqlığın son gecəsi”, “Cəsurlar meydanı”, “Sirk meydançası” və s. filmlərdə çəkilmişdir. Abdullayev haqqında “Sirk mənim həyatımdır” sənədli filmi yaradılmışdır.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı, 2009, s.32