(25.6.1903, Şamaxı – 11.7.1976, Bakı) – Azərbaycan kurortoloqu. Tibb e.d. (1935), professor (1933). Azərbaycan SSR əməkdar həkimi (1942) və əməkdar elm xadimi (1960). 1961 ildə Həsənovun təşəbbüsü ilə Bakıda dünyada ilk dəfə xüsusi müalicə müəssisəsi – “Sağlamlıq zonası” yaradılmış və ona rəhbərlik etmişdir. Türkmənistan Dövlət Tibb İnstitutunda kafedra müdiri (1934-39), Azərbaycan SSR Elmi-Tədqiqat Kurortologiya və Fiziki Üsullarla Müalicə İnstitutunun direktoru (1947 ildən), Ә.Әliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kurortologiya və fizioterapiya kafedrasının müdiri işləmişdir. Tədqiqatı, əsasən, kurortologiya və fizioterapiyanın aktual məsələlərinə həsr edilmişdir. Həsənov Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR EA-larının Zaqafqaziya əlaqələndirmə şurası kurortlar bölməsinin, Azərbaycan SSR Kurortoloqlar və Fizioterapevtlər Cəmiyyətinin sədri olmuşdur (1950 ildən). Oktyabr İnqilabı, Qırmızı Әmək Bayrağı ordenləri və medallarla təltif edilmişdir.
Əd.: ASE, X cild, Bakı, 1987, s.214