Azərbaycan Respublikasında palçıq vulkanları. Әsasən, Şamaxı r-nunun cənub-şərq kənarında, Böyük Hərəmi və Kiçik Hərəmi silsilələrindədir. Böyük Hərəmi vulkanının krater sahəsində 200-dən çox sopka və qrifon var. İntensiv surətdə qaz, su, palçıq və neft çıxır. Kiçik Hərəmi vulkanının krater çölü sahəsi sönmüş sopka və qrifonlarla zəngindir. Sonuncu püskürmə 1912 ildə olmuşdur.
Əd.: ASE, X cild, Bakı, 1987, s.211