Şamaxı Ensiklopediyası
  • Ana səhifə
  • Struktur
    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA
    »
  • Qalereya
  • Əlaqə
  • İştirak et
elkhan-suleymanov.az
  • Ana səhifə
  • Menyu
    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA
  • Qalereya
  • Əlaqə
  • İştirak et
    • A
    • B
    • C
    • Ç
    • D
    • E
    • Ə
    • F
    • G
    • H
    • X
    • İ
    • J
    • K
    • Q
    • L
    • M
    • N
    • O
    • Ö
    • P
    • R
    • S
    • Ş
    • T
    • U
    • Ü
    • V
    • Y
    • Z

CƏBRAYILBƏYLİ Camo Adil oğlu


  • C
  • Mütəfəkkirlər
  • Simalar

Cəmo_bəy_Cəbrayılbəyli

(29.1.1887, Şamaxı – 30.7.1965, Şamaxı r-nunun Çuxuryurd k.) – maarifçi, pedaqoq, metodist, publisist, yazıçı, şair. Şamaxı şəhər məktəbini bitirmişdir (1901). 1908 ildən pedaqoji fəaliyyətə başlamış, Şamaxı (1908-14) və Bakı (1914 ildən) məktəblərində müəllimlik etmişdir. Cəbrayılbəyli və Zülfüqar bəy Hacıbəyli Şamaxıda “Nicat” maarif cəmiyyətinin şöbəsini açmaq məqsədilə 1915 ilin yayında Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasını tamaşaya qoymuşlar. Bakı mətbuatında, əsasən, “Məktəb” jurnalında uşaq pyesləri, hekayələr, şeirlər dərc etdirmişdir. Ağəli bəy Naseh, Mirzə Ələkbər Sabir və Abbas Səhhətlə yaxın dost olmuşdur. “Cəmo” imzasıyla şeirlər yazmışdır (Azərbaycan Respublikasının hazırkı himninin mətninin müəllifinin Cəmo Cəbrayılbəyliyə məxsus olması fikri də var; belə ki, 1919 ildə Bakıda dərc edilən “Milli nəğmələr” kitabındakı “Vətən marşı” şeirinin mətni indiki himnin sözləri ilə eynidir. Şerin sonunda isə “Cəmo bəy” imzası qeyd olunmuşdur). Cəbrayılbəyli 1922 ildə orta məktəb müəllimləri hazırlayan ali pedaqoji kursları bitirmiş, “Zükur” darülmüəlliminə (pedaqoji texnikumuna) müəllim, sonralar dərs hissə müdiri təyin edilmişdir (1922-31). 1931 ildə Azərbaycan Pedaqoji İnstitutunun biologiya fakültəsini bitirmiş, 1932-37 illərdə Sənaye Akademiyasında (Bakı), Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda, 1938-64 illərdə Azərbaycan Elmi-Tədqiqat İnstitutunda işləmişdir. 1942 ildə namizədlik dissertasiyası müdafiə edərək, pedaqoji elmlər namizədi, dosent adı almış, elə həmin il Azərbaycanın əməkdar müəllimi adına layiq görülmüşdür. Cəbrayılbəyli Azərbaycanda pedaqoji kadrların hazırlanmasına və tərbiyə olunmasına böyük əmək sərf etmişdir. O, bir sıra dərsliklərin (“Təbiətə ilk addım”, Müxtəsər nəbatat”, “Heyvanat dərsləri” və s.), 30-dan çox elmi-metodik kitab və kitabçanın müəllifidir. Şərəf nişanı ordeni və bir çox medallarla təltif edilmişdir. 1964 ildə fərdi təqaüdə çıxmışdır. Şamaxıda “Şahixəndan” qəbiristanlığında M.Ə.Sabirin qəbri yanında dəfn edilmişdir.

Əsərləri: Botanikanın tədrisi haqqında, B., 1955; Xatirələrim, B., 966; Təbiət haqqında hekayələr, B„ 1972.

Əd. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, “Lider-Nəşriyyat”, 2004, s. 279

Bənzər mövzular

СƏFƏRZADƏ Əzizə Məmməd qızı

RZAYEV Ağababa Qasım oğlu

GÜLALIYEV Mayis Gülalı oğlu

BAYRAMOVA Səkinə Adil qızı

Kateqoriyalar

    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA

Digər Materiallar


    Warning: Undefined property: WP_Error::$id in /home/shamak5/public_html/wp-content/themes/encyclopedia/sidebar.php on line 31

Şamaxı Ensiklopediyası © 2025 elkhan-suleymanov.az Bütün hüquqlar qorunur.

1905.az STUDIO