(14.6.1935, Şamaxı ş. – 14.8.1991, Bakı) – riyaziyyatçı, fizika-riyaziyyat elmləri namizədi (1970), dosent. Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyazi analiz kafedrasında dosent vəzifəsində çalışmışdır. Əsas tədqiqat sahəsi “Riyazi analizin əsasları” mövzusu olmuşdur. Ölkə və xaricdə 60-dan artıq elmi məqaləsi dərc olunmuşdur. Fizika-riyaziyyat və həndəsəyə aid 10-dək artıq dərs vəsaitinin müəllifidir.
Məlumat ailəsindən alınmışdır.