Abbas Ağabala oğlu Söhbətov (1908, Şamaxı r-nunun Cəyirli k. – 1966, Şamaxı ş.) – Azərbaycan aşığı. Aşıqlıq sənətinin sirrini əvvəllər öz həmkəndlisi Aşıq Fərəcdən, sonra isə Şirvan aşıqlarının atası hesab olunmuş Aşıq Mirzə Bilaldan almışdır. 1946 ildən ömrünün sonuna kimi onlarla gənc Şamaxı aşığının ustadı, müəllimi olmuşdur. Çoxsaylı dərin mənalı şeir və qoşmaların müəllifidir.
Əd.: Ə. Cəfərzadə, S. Qəniyev, R. Alışıv, S. Rəsulov “Şamaxı”, “Səda” Ədəbi-Nəşriyyat Mərkəzi, Bakı, 1994, s. 87