(1854, Şamaxı – ? ) – Azərbaycan naşiri, maarifçi, tərəqqipərvər müəllim. “Kəşkül” jurnal və qəzetinin naşiri və redaktoru. Ana dili ilə yanaşı rus, fars, ərəb dillərini və qismən fransızca bilirdi. Pedaqoji, jurnalistlik və tərcüməçilik fəaliyyəti ilə bərabər maarifçilik ideyalarını yaymışdır.
H. Zərdabi, S.Ә. Şirvani, F. Köçərli, M. Şahtaxtlı, S.Qənizadə, A. O.Çernyayevski, İ. Çavçavadze, N.Qulak və b. ilə yaxınlıq etmişdir. Onun yaratdığı “Kəşkül” mətbəəsində M. Füzulinin “Leyli və Məcnun” poeması (ruscaya tərcüməsi ilə), M. Y. Lermontovun “Yel gəmisi” balladası, A.O.Çernyayevskinin “Vətən dili” (2 hissəsi), özünün “Hesab”, “Rus dili” dərslikləri və s. çap olunmuşdur. “Kəşkül” bağlandıqdan sonra 1892 ildə Türkiyəyə köçmüşdür.
Əd.: ASE, IX c., Bakı, 1986, s. 494-495