Ləngəbiz silsiləsindən başlanaraq Şirvan düzünə doğru uzanan kiçik çay dərəsi. Çay dərəsi yaxınlığında Ovçulu kəndi yerləşir. Şirvan düzü hissəsində bu Əpçi qobu da adlanır. Əpçi çayı haqqındakı bir məlumatda yağıntılı vaxtlarda dərədən axan suyun acı olması ilə əlaqədar çay adının “Həbçi” kimi adlanmasını qeyd edənlər də vardır. Bu da həb-dərman mənasındadır. Əpçinin suyun tərkibindən asılı olaraq adlanması da qeyd olunur. Belə bir fikir vardır ki, Əpçinin suyunu qaynatdıqda suyun üzərində ərpin əmələgəlməsinə görə “Həpçı” adlanmışdır.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.274