(1911, Şamaxı ş. – 1970 – Bakı) – litologiya sahəsində Azərbaycan alimi, geologiya-mineralogiya elmləri doktoru (1961), professor (1962). Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. Bibiheybət NMİ-də geoloq, Qarabağ rayon Partiya Komitəsinin katibi vəzifələrində çalışmış, Azərbaycan EA Geologiya İnstitutunda və Azərbaycan Sənaye İnstitutunda işləmişdir. Abşeron və Qobustanın mahsuldar qat kollektorlarının litoloji xüsusiyyətlərinin tədqiqi ilə məşğul olmuşdur. Xəzər çökəkliyinin alt pliosen neftli-qazlı çöküntülərinin paleocoğrafiyası və litologiyasına dair elmi əsərlər hazırlamış və nəşr etdirmişdir. İlk dəfə olaraq Xəzər çökəkliyində alt pliosen çöküntülərinin yayılmasının analizini aparmış, müxtəlif geotektonik və paleocoğrafi şəraitlərdə litofasial tip süxurların çöküntütoplanma şəraitlərini öyrənmişdir. 100-dən artıq elmi məqalənin müəllifidir. Elmi kadrlar hazırlanmasında xidmətləri var.
Əd.: Azərbaycanın geoloq və geofizik alimləri, Bakı, “Nafta-Press”, 2004, s. 279