(1929, Şamaxı r-nunun Hacıqədirli k. – 1971, Bakı) – Azərbaycan geoloqu, geologiya-mineralogiva elmləri doktoru (1969). Azərbaycan Sənayə İnstitutunu bitirmişdir. 1953-54 illərdə “Azneft-kəşfiyyat” birliyinin geoloji-kəşfiyyat trestinin çöl planlama partiyasında geoloq işləmişdir. 1954-57 illərdə AzET- NGKİ-nin çöl partiyasında geoloq, sonra Neftçıxarma üzrə AzETİ-də işləmiş və Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfıyyat fakültəsində dərs demişdir.
Neftçıxarma üzrə AzETNLİ-nin geoloji şöbəsində böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, 1959-71 illərdə isə regional geologiya laboratoriyasının rəisi işləmişdir. M.M. Zeynalov tərəfindən dəqiq çöl ekspedisiyaları aparılmış və Şamaxı-Qobustan, Xəzəryanı-Quba neft-qazlı rayonları, Böyük Qafqazın cənub yamacına, Kiçik Qafqazın şimal-şərq ətəklərinə aid olan bütün geoloji-geofiziki materiallar ümumiləşdirilmişdir. Bu işlər nəticəsində respublikanın ayrı-ayrı regionlarının mezozoy çöküntülərinin neft-qazlılıq perspektivliyi müəyyən edilmiş və neft-qaz axtarış-kəşfıyyat işlərinin aparılması üçün tövsiyələr verilmişdir. M.M. Zeynalov tərəfindən həmçinin Şamaxı-Qobustan, Xəzəryanı-Quba, Abşeron və Aşağıkür neft-qazlı rayonlarının oliqosen-miosen və pliosen çöküntülərinin neft-qazlılıq perspektivliyini müəyyən etmək üçün kompleks geoloji işlər aparılmışdır. O, Azərbaycanın palçıq vulkanlarının tədqiqi və onların qaz-neft yataqları ilə əlaqəsi üzrə böyük işlər aparmışdır. 120-dən çox elmi əsərin, o cümlədən 77 çap olunmuş məqalə, 9 monoqrafıya və broşür tipli kitab müəllifidir. “Azərbaycanın mezozoy çöküntüləri və onların neftlilik-qazlılıq perspektivliyi” monoqrafıyasına görə o, İ.M.Qubkin adına mükafata layiq görülmüşdür.
Əd.: Azərbaycanın geoloq və geofizik alimləri, Bakı, “Nafta-Press”, 2004, s.353