Əsl adı və familiyası Әbdülbaqi Yusif oğlu Yusifzadə, (1901, Şamaxı – 10.1.1956, Bakı) – Azərbaycan şairi. “İrmaqlar”, “Həyatdan səslər” (hər ikisi 1930), “Boy atan diyar” (1932), “Qaçay” (1933) şeir toplularının müəllifidir.
“Qadın intiqamı” (1930) hekayələr kitabı, orta məktəb dərslikləri, ədəbi-tənqidi məqalələri var. V. Mayakovskinin “Yaxşı nədir, pis nədir?” (1930), “V. İ. Lenin”, “Yüz əlli milyon” (hər ikisi 1936) və s. əsərlərini Azərbaycan dilinə ilk dəfə tərcümə etmişdir. Bəzi şeirləri müxtəlif xarici dillərə tərcümə olunmuşdur.
Əd.: ASE, IX cild, Bakı, 1986, s. 599