Qonaqkənd kəndinin ərazisində, kəndin cənub-şərq tərəfindən Pirsaat çayının sol sahilində yerləşir. Quru sözü dağın iqliminin quru, bitki örtüyünün kasıb olmasını bildirir. Əslində 500-700 m-dən yüksəkdə yerləşən ərazilərdə quru sözü iştirak edən yerlər çöl və meşə-çöl zonasında özünəməxsus iqlimini, landşaft xüsusiyyətlərini əks etdirir. Həmin ərazi təbii qanunauyğunluqdan kənaraçıxma olaraq Quru dağ adlanmışdır.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı “Elm”, 2009, s.192