Quba və Şamaxı rayonları sərhəddində, Sarıdaş yaylasının şimal-şərqində yerləşir ( hün. 1992 m.). Sarıdaş çayı bu dağın cənub yamacından baş götürür. Dağın adı rus dilində olan xəritələrdə Qalgiz kimi qeyd edilmişdir. Ad rus dilində yazıldığı kimi Azərbaycan dilində də Qalgiz yazılmışdır. Ekspedisyalar zamanı dağ adının Qalgiyz yox, Kəlhovuz olduğu müəyyən edilmişdir. Rayonun topoxəritələrində və yay otlaqları siyahısında Kəlhovuz adlı yaylağın olması da məlumdur. “Kəl” və “hovuz” komponentlərindən ibarət Kəl böyük, hovuz su mənbəyi olub nə münasibətlə dağın Kəlhovuz adlanması məlum deyildir. Əslində dağın adı Qalgiz kimi deyil, Kəlhovuz kimi yazılmalıdır.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı “Elm”, 2009, s.195