Şamaxı r-nu Şəhriyar qəsəbə i.ə.d.-nin mərkəzi. 1931 ildə Lenin adına sovxoz adı ilə yaranmışdır. Həmin ildən təsərrüfatda sürətlə üzümçülük inkişaf etmişdir. Üzümlüklərin ümumi sahəsi 2422 ha. çatdırılmışdır. Dünya şöhrətli “Mədrəsə”, “Şirvanşahı”, “Şamaxı mərəndisi”, “Qara mərəndi”, “Qızılı mərəndi” sortları bu torpaqda yaranmışdır.
Sovxozun üçümçülərindən 4 nəfərinə Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, 18 nəfəri isə Lenin ordeni ilə təltif olunmuşlar. Yerli üzüm sortlarından hazırlanan “Kaqor”, “Şamaxı” şərabları 2 dəfə Ümumdünya və Ümumittifaq sərgilərinin qızıl, 3 dəfə gümüş medalına layiq görülmüzdür. “Mədrəsə”, “Mədrəsəli”, “Qarayeri”, “Qırmız Azərbaycan”, “Dəllər” şərabları sovxoz şərabçılarının məhsulu idi. Lenin adına sovxoz 1992 ildə Nadir Məmmədov (vaxtilə sovxozun direktoru olub) adına sovxoz, 1998 ildən isə Şəhriyar qəsəbəsi adlandırıldı. Əhalisi 4271 nəfərdir (2009), 2566 təsərrüfatı var. İki uşaq bağçası, tam orta məktəb, klub, kitabxana, mədəniyyət evi, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı, FHN-in Mülkü-Müdafiə Qoşunlarının Şamaxı taboru var.
Əd.: N.Məmmədov “Milyonçu sovxoz”, Bakı, Azərbaycan Dövlət Nəşriyatı, 1976