(1.8.1980, Ağsu r-nunun Gəgəli k.) – tarixçi, tarix üzrə fəlsəfə doktoru.
Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir (2008). Milli Azərbaycan Tarixi Muzeyinin 2004 və 2008 illər, “Şamaxı tarix-diyarşünaslıq muzeyi”nin 2009 il ekspozisiyalarının, Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksinin 3, 4 və 5 qazıntılarındakı sərgi zallarının (2010-13) hazırlanmasında yaxından iştirak etmişdir. “Şamaxı tarix-diyarşünaslıq muzeyi”nin kataloqunu iki dildə (azərbaycan və ingilis dillərində) hazırlamış, 2009 ildə nəşr etdirmişdir. Azərbaycan Müəllimlər İnstitutunun müəllimi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədridir. Azərbaycan, türk, ingilis, rus, norveç, ərəb dillərində 100-ə qədər məqalə və tezisləri nəşr olunmuşdur. Azərbaycan MEA-nın müxbir üzvü Vəli Əliyev ilə birgə “Ağsunun tarixi səhifələri”(2001 il) və Qafqaz Universitetinin müəllimi Mehmet Rıhtım ilə birgə “Mövlanə İsmayıl Siracəddin Şirvani” (2003 il) kitablarının müəllifidir. Bir sıra beynəlxalq konfransların iştirakçısıdır.
Məlumat F.Xəlillidən alınmışdır