(1925, Təbriz – 1997, Bakı) – Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru (1973), professor (1973). 1941-46 illərdə Cənubi Azərbaycanda baş verən siyasi proseslərin fəal iştirakçısıdır. Bakı Ali Partiya Məktəbini və Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmişdir. 1980 ildən ömrünün sonunadək Ədəbiyyat İnstitutunun “Qədim dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Xaqaninin tədqiqatçılarındandır. “Xaqani Şirvani (həyatı, dövrü, mühiti)” adlı fundamental əsərin, “Xaqani Şirvaninin münşəatı” elmi məqaləsinin müəllifidir. Xaqaninin “Töhfətül-İraqeyn” əsərinin elmi-tənqidi mətnini çapa hazırlamışdır. SSRİ və İran mətbuatında çap edilmiş onlarla elmi əsərin müəllifidir. 1997 ildə “Xaqani Şirvani” ( həyatı, dövrü və mühiti) əsəri fars dilinə çevrilərək Tehranda çap edilmiş, ali məktəb dərsliyi kimi istifadə olunmağa başlamışdır.
Məlumat Q.Kəndli Herisçinin ailəsindən alınmışdır.