Molla Əliabbas Ətşan Şirvani (?, Şamaxı ş. – 1918, Gəncə ş.) – şair, müəllim. Şair Abbas Səhhətin atasıdır. Ərəb və fars dillərini mükəmməl bilmiş, fars və Azərbaycan dillərində şeirlər yazmışdır. Bu əsərlər məhəbbət mövzusunda qəzəllər, dini mövzuda mərsiyələr, ailə-məişət mövzusunda satirik şeirlər idi. Şeirlərinin az bir qismi məlumdur. Uzun müddət müəllimlik etmişdir. Oğlu Abbas Səhhətlə eyni gündə Gəncədə vəfat etmiş və orada dəfn olunmuşdur.
Əd.: S.Qəniyev “Beytüs-səfa” ədəbi məclisi”. Bakı, “Elm və təhsil”, 2010, s.91