(1905, Şamaxı r-nunun Əngəxaran k. – 1964, Bakı) – ictimai-siyasi xadim. Partiya məktəbini bitirdikdən sonra Şamaxı rayonunda əvvəlcə komsomol komitəsinin katibi, sonra təhsil şöbəsinin müdiri və Şamaxı təşkilat şöbəsinin rəhbəri vəzifələrində işləmişdir. Bakıda Marksizm-Leninizm İnstitutunda oxuduqdan sonra, 1934 ildə Kürdəmir rayonundakı Mollakənd MTS-nə siyasi şöbə rəisi təyin olunmuşdur. 1935 ildən başlayaraq Lənkəran, Zəngilan və Şamxor rayon partiya komitələrinin katibi işləmişdir. 1939 ildə Azərbaycan KP MK-nın qərarı ilə Moskvaya Ali Partiya Məktəbinə oxumağa göndərilmişdir. Respublikaya qayıtdıqdan sonra, Əli Bayramlı partiya komitəsinin katibi, Zaqafqaziya dəmir yolları siyasi şöbəsinin rəis müavini, Naxçıvan vilayət, Quba rayon, Gəncə və Bakı şəhər partiya komitələrinin katibi işləmişdir. İkinci dünya müharibəsi illərində Sovet Ordusu tərkibində İrana göndərilmiş və 1946 ilə qədər hərbi-istismar şöbəsinə rəhbərlik etmişdir. 1952-54 illərdə Bakı şəhər İcraiyyə Komitəsinin sədr müavini, 1954-59 illərdə Bakı şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1959-63 illərdə Ticarət Naziri işləmişdir. Həyatının son ilində Azərbaycan SSR Nazirlər Sovetində Baş İdarəyə rəhbərlik etmişdir. İki dəfə Qırmızı Əmək Bayrağı, birinci dərəcəli Vətən Müharibəsi ordenləri və medallarla təltif edilmişdir. Beş çağırış Azərbaycan Ali Sovetinə, üç çağırış isə SSRİ Ali Sovetinə deputat seçilmişdir.
Əd.: K.Fərhadoğlu “Qədim Şirvan elinə səyahət”, Bakı, 2005