Şamaxının şimal-qərbində Əngəxaran kəndinin yaxınlığında bulaq. Yerdən qaynaqlanıb çıxan gözəl sulu bu bulağın suyunu uzun müddət şəhərə gətirmək istəsələr də mümkün olmamışdır. Ona görə də onu boş, lazımsız, çarəsiz mənasını ifadə edən “bekara” və ya “beçarə” adlandırmışlar.
Əd.: K.Fərhadoğlu “Qədim Şirvan elinə səyahət”, Bakı, 2005