Azərbaycan Respublikasının Şamaxı şəhərindən 15 km cənubda erkən orta əsrlərə aid yaşayış yeri. Möhrətəpədə çiy kərpicdən dairəvi formada tikilmiş bürcün qalığı dövrümüzədək qalmışdır. Ehtimal ki, bürc Gümüşlü yaşayış yeri sakinlərinin gözətçi məntəqəsi olmuşdur. Möhrətəpədən tapılmış maddi-mədəniyyət nümunələri burada uzun müddət yaşayış olduğunu göstərir.
Əd.: ASE, VII cild, Bakı, 1983, s.81