(10.7.1950, Şamaxı ş.) – bərpaçı-rəssam, sənətşünas, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2010). Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bədii sərgi salonunda (1969-73), R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyinin fılialı olan Elmi- bərpaçılıq emalatxanasında (1970-81) bərpaçı-rəssam işləmişdir. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin rəngkarlıq və qrafika şöbələrinin müdiri olmuşdur (1981-87). 1988 ildə həmin mərkəzin direktoru vəzifəsinə təyin edilmişdir. 2004 ildən Azərbaycan MEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi bərpa laboratoriyasında “Yüksək dərəcəli” bərpaçı-rəssam işləyir. Pedaqoji fəaliyyətlə məşğuldur. Bakı Metropoliteninin “Neftçilər” və “Xalqlar dostluğu” stansiyalarındakı pannoların bərpasını və konservasiyasını həyata keçirmişdir. Bir sıra beynəlxalq sərgilərdə əsərləri ilə iştirak etmişdir.
Məlumat G.Hacıyevadan alınmışdır.