Ən qədim məskən növü. Tarixi-etnoqrafik baxımdan yaşayış məskənlərinin rəngarəngliyi ilə seçilən Şirvan bölgəsində süni mağara tipli məskənlər əsasən, Sündü, Dərəkənd, Mərəzə, Ərəbqədim, Poladlı, Nabur, Təsi, Yekəxana kəndlərində son zamanlara qədər qalmışdır. Kühül adlanan belə yaşayış məskənindən təsərrüfat məqsədilə istifadə olunmuşdur.
Əd.: A.Mustafayev “Şirvanın maddi mədəniyyəti”, Bakı, “Elm”, 1977, s.17