(? – ?) – 17 əsr Azərbaycan memarı. Şamaxı rayonundakı Kələxana türbələrinin müəllifidir. Bu türbələrdən birində Әbdüləzim Sərkarın adı həkk edilmişdir. Sərkar (başçı) ləqəbi də kompleksin tikintisinə rəhbərlik etməsi ilə əlaqədardır. Yaradıcılıq üslubu əsərlərində həcm-fəza quruluşunun mütənasibliyi və eynitipli türbələrin fərdi xüsusiyyətlərə malik olmasında ifadəsini tapmışdır.
Əd.: ASE, IV cild, Bakı, 1980, s. 126