(27.11.1961, Bakı ş.) bioloq, biologiya üzrə fəlsəfə doktoru (1994), dosent (2008). M.Ə.Sabir Fondunun təsisçisi və prezidentidir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir (1984). Azərbaycan EA-nın Botanika İnstitutunda çalışmışdır (1987-89). 1989 ildən Bakı Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında işləyir. Əsas tədqiqat sahəsi stress faktoru kimi ozonun bitkinin morfo-fizioloji göstəricilərinə təsiri ilə əlaqədardır. 4 kitabın (həmçinin ali məktəb dərslikləri), 1 monoqrafiya, metodik vəsait və dərs proqramları, onlarla elmi məqalələrin, publisistik yazıların müəllifidir. Beynəlxalq simpozium və konfransların iştirakçısıdır.
Məlumat S.Tahirlidən alınmışdır.