(6.2.1924, Bakı – 20.2.2014, Bakı) – Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1969). Bakı Xereoqrafiya Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur. Səhnə fəaliyyətinə 1947 ildə Azərbaycan Musiqili Komediya Teatrında başlamışdır. 1949 ildən ömrünün sonunadək Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktrisası olmuşdur (1960-61 illərdə fasilələrlə).
Müxtəlif xarakterli rolların ifaçısı kimi Şərifovanın yaradıcılığı üçün obrazın səciyyəvi cizgilərinin qabarıq verilməsi, emosionallıq, dramatizm səciyyəvidir. Əsas rolları: Anacan, Reyhan (“Anacan”, “Aprel səhəri”, Y.Əzimzadə), Mətanət, Məhsəti Gəncəvi (“Çiçəkli dağ”, “Rübailər aləmində”, M.Təhmasib), Şahbikə (“Aydınlığa doğru”, S.Dağlı), Beatriça (“İki ağanın bir nökəri”, K.Qoldoni), Cemma (“Ovod”, E.Voyniç), Həmidə xala (“Keçən ilin son gecəsi”, Anar), Mədinə (“Mənim nəğməkar bibim”, Ə,Əylisli), Pəri xala (“Sən nə üçün yaşayırsan?”, İ.Qasımov və H.Seyidbəyli), Şərəfnisə (“Müsyö Jordan və dərviş Məstəli şah”, Mirzə Fətəli Axundzadə), Zerbinetta (“Skapenin kələkləri”, Jan Batist Molyer), Yaqut (“Yaşar”, Cəfər Cabbarlı), Yetər (“Hacı Qəmbər”, Nəcəf bəy Vəzirov), Məşədixanım (“Ağ dəvə”, Elçin) və s. Kinoda çəkilmişdir (“Qaraca qız”, “Qum üzərində ev”, “Qərib cinlər ölkəsində”, “Bayquş gələndə” və s.). İkinci Fəxri xiyabanda dəfn edilmişdir.
Əd.: ASE, X c. Bakı, 1987, s.516