Azərbaycan Respublikasının Şamaxı r-nunda çay. Pirsaat çayının sağ qolu. Uzunluğu 40 km, hövzəsinin sahəsi 223 km2-dir. Böyük Qafqazın cənub yamacından (1040 m hündürlükdən) başlanır. Qar, yağış və yeraltı sularla qidalanır. Üstündə Zoğalava su anbarı yaradılmışdır.
Əd.: ASE, IV cild, Bakı,1980, s. 338