(3.7.1958, Şamaxı ş.) – jurnalist, filologiya üzrə fəlsəfə doktoru (2008), dosent (1996). Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1983 ildən həmin universitetin jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasında çalışır. Tədqiqat sahəsi – internet-jurnalistika, sosial jurnalistika, jurnalist etikası ilə bağlıdır. 25 elmi məqalənin, 7 metodik vəsaitin, tədris proqramlarının müəllifidir. Azərbaycan Milli Jurnalistika Konqresinin sədridir. Müxtəlif beynəlxalq seminar, simpozium və konfranslarda iştirak və çıxış etmişdir. Beynəlxalq jurnalistika müsabiqələrinin laureatı olmuşdur.
Məlumat Z. Babayevdən alınmışdır.