Şamaxı r-nu İkinci Cabanı kənd i.ə.d.-nin mərkəzi. Keçmiş adı Cabanı olmuşdur. Cabanı yaylasının yamacında yerləşdiyi üçün belə adlandırılmışdır. Rayon mərkəzindən 6 km şimal – şərqdə, Şamaxı-Dəmirçi şose yolundan 4 km və Pirsaat çayından 3 km aralı, dağ ətəyindədir. Әhalisi 457 (2009) nəfərdir, 125 təsərrüfatı var. Orta məktəb, klub, kinoqurğu, tibb məntəqəsi var. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur.
19 əsrin 30-cu illərində burada Rusiyadan gəlmə rus ailələri məskunlaşmış, rəsmən Nikolayevsk adlandırılsa da, yerli əhali arasında Rus Cabanısı kimi tanınmışdır. Sovet hakimiyyəti illərində F.E.Dzerjinskinin şərəfinə Dzerjinovka adlandırılmışdır. 5 oktyabr 1999 ildən adı dəyişdirilərək İkinci Cabanı qoyulmuşdur.
Əd.: ASE, III cild, B., 1979, s.430
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.99