Şamaxı r-nunun Dağ Bağırlı kənd i.ə.d.-nin mərkəzi. Ləngəbiz silsiləsindəki Gəcənov yaylasında yerləşir. Əhalisi 1258 nəfər. Mənbələrin məlumatına görə, 1960 illərdə Bağırlı kəndindən bir neçə ailə Gəcənov yaylasındakı torpaq sahələrinə (Gümüşlü və Şəhərlər adlı yerlərə) köçərək Dağ Bağırlı kəndini bina etmişlər. “Bağırlı kəndinin dağlıq hissəsi və ya dağlıq ərazidə yerləşən Bağırlı kəndi” deməkdir.
Əd.: ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. I cild. Bakı, “Şərq-Qərb”, 2007, s.74
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.90