(16.5.1936, Şamaxı ş.) – bioloq, biologiya elmləri namizədi (1968), dosent (1980). Azərbaycan Dövlət Universitetini bitirmişdir. Bir müddət Şamaxının Göylər kəndində müəllim işləmişdir. Daha sonra Bakıya qayıdaraq Azərbaycan EA Nəbatət İnstitutunda çalışmışdır. 1970 ildən taleyini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna bağlamışdır. Bu ali məktəbin anatomiya kafedrasında asisstent, baş müəllim, dosent kimi fəaliyyət göstərmişdir. 1985 ildə isə kafedraya müdir təyin olunmuşdur. Hazırda da bu vəzifəni uğurla icra edir. Əsas tədqiqat sahəsi xarici dərman bitkilərinin Azərbaycanın şoran torpaqlarında yetişdirilməsi və kimyəvi tərkibinin öyrənilməsi ilə bağlıdır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi Şurasının, fənn komissiyasının, “Bilik” cəmiyyətinin, Azərbaycan Tibb Universtetinin tərkibində olan Anatomiya, Histalogiya və Embriologiya Cəmiyyətinin və Müdafiə Şurasının üzvüdür. 90 – a qədər elmi məqalənin, 3 dərsliyin, 7 metodik vəsaitin və 7 tədris proqramının müəllifıdir. Tərəqqi medalı ilə təltif olunmuşdur.
Məlumat Ş. Məmmədovadan alınmışdır.