(2.10.1979, Ağsu r-nun Çaparlı k.) – tarixçi, tarix üzrə fəlsəfə doktoru (2008). Bakı Dövlət Universitetini bitirmişdir. Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi etnoqrafiya şöbəsində çalışır (2002). Hazırda həmin institutun böyük elmi işçisidir. 1 monoqrafiyası, bir sıra məqalə və tezisləri nəşr olunmuşdur. Beynəlxalq əhəmiyyətli “VIII Türkoloji Kongre”, “Kuruluşundan 90. yılına Türkiye Cumhuriyeti”, “XVII Türk Tarih Kongresi” və s. konqres və simpoziumların iştirakçısıdır. Şirvan bölgəsinin maddi və mənəvi mədəniyyəti ilə bağlı bir sıra elmi məqalələrin müəllifidir.
Məlumat K.Əsədlidən alınmışdır.