Əbu Səhl ibn İmam Şəmsəddin, (? – ?) – kəlam alimi. 12 əsrdə yaşamışdır. İmam Şəmsəddin Şirvaninin oğludur. Gənc yaşlarından dövlət işlərində çalışmışdır. Şirvanşah Axsitanın təklifi ilə Xaqaninin qızı ilə evlənmişdir. 1179 ildə ona “imam” və “xoca” titulu verilmişdir. Kəlam sahəsində böyük alim olmaqla yanaşı, musiqi yaradıcılığında da uğur qazanmışdı. Gənc yaşlarından məşhurlaşdığına görə “şəhab (şihab)” – “od parçası” mənasını verən ad almışdır.
Əd.: E.Mehrəliyev “Şirvan Elmlər Akademiyası”, Bakı, “Çaşıoğlu”, 2000, s.46-47