(? – 1163, Bakı) – 11 əsrin sonu 12 əsrdə yaşamış təsəvvüf alimi. Şirvanda və Şirvanşahlar sarayında böyük nüfuz sahibi olmuşdur. Şirvanşahlar sarayında Xaqaniyə böyük qayğı göstərmişdi. Sonralar sufi təriqətinin yayılmasına görə Şamaxıdan Gəncəyə getmiş, orada Şeyxülislam olmuşdu. Həbsdən yayınmağa çalışan Xaqani yardım üçün Gəncəyə, onun yanına getmişdi. Müxaliflərin təzyiqi ilə işdən uzaqlaşdırılmış, Bakıya qayıtmış, elə oradaca vəfat etmişdi. Xaqani əsərlərində ondan məhəbbətlə bəhs etmişdir.
Əd.: E.Mehrəliyev “Şirvan Elmlər Akademiyası”, Bakı, “Çaşıoğlu”, 2000, s.46