(? – ?) – alim, filosof. 11-12 əsr Şirvan elmi-ədəbi mühitində ən hörmətli simalardan biri olmuşdur. “İmam” rütbəsinə çatması böyük nüfuzundan xəbər verir. Bir sıra elmlər sahəsində, xüsusilə kəlam (nitq mədəniyyəti), riyaziyyat sahəsində böyük uğur qazanmışdı. Yaradıcılığında fəlsəfə, texniki təfəkkür və ədəbiyyat eyni dərəcədə əks olunmuşdu. Ölkədə gedən elmi quruculuq və tikinti-abadlıq işləri onu Kafiəddin Şirvani ilə sıx yaxınlaşdırmışdı. Şirvan Elmlər Akademiyasında riyaziyyat və üsturlab sahəsindəki elmi işlərə Vəhidəddin Şirvani ilə birlikdə rəhbərlik edirdi.
Əd.: E.Mehrəliyev “Şirvan Elmlər Akademiyası”, Bakı, “Çaşıoğlu”, 2000, s.45-46