(Məhəmməd ibn Əhməd ibn Saleh, ? – 1300, Şamaxı ş.) – hüquqşünas, fəlsəfə alimi. Sufi təriqətinin tərəfdarı idi. Bu barədə Səlahəddin Xəlil ibn Aybək Səfədi özünün “Əl-Vafi bi-l-vəfayət” adlı əsərində məlumat vermişdir. Şihabiyyə xanəgahında şeyxlik etmiş, nücum, hüquq və fəlsəfə ilə məşğul olmuşdur.
Əd.: E.Mehrəliyev “Şirvan Elmlər Akademiyası”, Bakı, “Çaşıoğlu”, 2000, s.62