(? – ?) – şair. Şirvanda xanlıq dövrünün Şirvani təxəllüslü şairlərindəndir. F.B.Köçərlinin yazdığına görə, Mirzə Nəsrullah Bahar, Əndəlib Kaşani, Seyyid Şirvani və digərləri ilə Şamaxıdakı məşhur Hacı İbrahim bəy bağında məclis qurar və yaradıcılıq müzakirələrilə məşğul olarmış. Şeirlərindən bir çoxu müfti Hüseyn Əfəndi Qayıbovun “Məcmuə”sində dərc olunmuşdur. S.Ə.Şirvani öz təzkirəsində Nacinin 66 qəzəlini vermişdir.
Əd.: B.Niyazlı “Şamaxı xanlığı”. Bakı, “Nurlar”, 2014, s.249