(? – ?) – alim, təbib. “Tibbnamə” adlı əsərin müəllifidir. 18 əsrdə yaşamışdır. Doğum və ölüm ili bağlı səhih məlumat yoxdur. Sonuncu Səfəvi hakimi dövründə Şirvanda eşik ağası olan Lütfəli bəyin yanında həkim olmuşdur. 1730 illərdə Lütfəli bəy həbs edilərək Hörmüz qalasına salınandan sonra Məhəmməd Yusif Şirvandan qaçmağa məcbur olmuş, İraq, Azərbaycan və Dağıstanı dolanmış və axırda Terek qalasında məskunlaşmışdır.
Əd.: B.Niyazlı “Şamaxı xanlığı”. Bakı, “Nurlar”, 2014, s.238