(3.12.1953, Bakı – 13.6.1992, Ağdərə) – Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirmişdir. Primorsk vilayətindəki hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başlamışdır.
1989 ildə SSRİ Müdafiə Nazirliyinun M.Frunze adına Hərbi Akademiyasını bitirdikdən sonra polkovnik-leytenant rütbəsində Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi təyin edilmişdir. 1990 il 20 yanvar hadisələrindən sonra Vətənə qayıtmışdır. Əvvəl Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992 ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini təyin edilmişdir. 1992 ildə Goranboy rayonunda əməliyyatlara bilavasitə rəhbərlik etmiş, uğurlu döyüş əməliyyatları keçirmişdir. 1992 il iyunun 13-də Ağdərə uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1992 il 23 iyun tarixli, 6 saylı fərmanı ilə polkonik Şikarov Şikar Şükür oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Əd.: Ə.Cəfərzadə, S. Qəniyev, R.Alışov, S. Rəsulov, Şamaxı – 1994, s.162-163