İsgəndərov İsgəndər Etibar oğlu (15.2.1937, Şamaxı ş.) – şair, publisist. Şamaxı Kənd Təsərrüfatı Texnikumunu və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Şamaxıda çıxan “Yeni Şirvan” qəzetində, “Kənd həyatı” jurnalında, Kənd Təsərrüfatı Nazirliyində, “Kənd əməkçisinin təqvimi” illik jurnalında çalışmışdır. “Tək səbir” qəzetinin təsisçisi və baş redaktoru olmuşdur. “Səslər” adlı ilk şeirlər kitabı 1968 ildə işıq üzü görmüşdür. 20-dən artıq şeirlər kitabının müəllifidir.
Əd.: İ. Etibar “Sən dənizsən gülüm”, “Aspoliqraf”, 2014, s.6-10